Ermənistanda nazirə hökm OXUNDU

 14:01 10.12.2024     188

Ermənistanın keçmiş fövqəladə hallar naziri Andranik Piloyan 4,5 il müddətinə həbs cəzasına məhkum edilib.

Redaktor.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, müvafiq qərarı Antikorrupsiya Məhkəməsi çıxarıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, xüsusilə külli miqdarda rüşvət almaqda, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib.

İstintaqın versiyasına görə, A.Piloyan köməkçisi vasitəsilə Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq edən şirkətdən külli miqdarda rüşvət alıb. Köməkçinin kabinetində axtarış zamanı silah-sursat aşkar edilib.

A.Piloyan 2022-ci il martın 31-də həbs edilib. Bu, ölkə tarixində nazirin vəzifədə olarkən həbs edildiyi ilk haldır. O, 2022-ci ilin oktyabrında 36,5 min dollar məbləğində girov müqabilində istintaq təcridxanasından azad edilib.