Suriya terrorçulardan təmizlənməlidir - Ərdoğan

 19:30 10.12.2024     146

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefonla danışıb.

Redaktor.az xəbər verir ki, tərəflər regional və qlobal məsələləri, o cümlədən Suriyadakı son hadisələri müzakirə ediblər.

Ərdoğan Türkiyənin sülh, azadlıq, dialoq tərəfdarı olduğunu, Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd edib.

"Suriya terrorçulardan təmizlənməlidir", - Türkiyə Prezidenti bildirib.