Öldürülən jurnalistlərin yarısından çoxu Qəzzada həyatını itirib - BJF

 21:09 10.12.2024     198

Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) 2024-cü ildə 104 jurnalist və media əməkdaşının qətlə yetirildiyini və bu ölümlərin yarıdan çoxunun İsrail hücumlarının davam etdiyi Qəzzada baş verdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Brüssel mərkəzli təşkilatın hesabatına əsasən, bu il Qəzzada 55 jurnalist həyatını itirərək bölgəni "ən təhlükəli yerlərdən biri" kimi ön plana çıxarıb.

1 yanvardan bəri dünya üzrə 12-si qadın olmaqla 104 media əməkdaşı qətlə yetirilib. IFJ-nin məlumatına görə, bu il təşkilatın 1990-cı ildən bəri apardığı siyahıda "ən ölümcül ikinci il" kimi qeydə alınıb.

Seymur BƏNNAYEV