İsrail Qüdsə nəzarəti əbədi olaraq əlində saxlayacaq - Netanyahu
İsrail Qüdsün bütün hissələrinə nəzarəti əbədi olaraq əlində saxlamaq niyyətindədir və onun bölünməsinə imkan verməyəcək.
Redaktor.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
"57 il əvvəl biz Qüdsü birləşdirdik və bir daha heç vaxt bölünməyəcək. Qüds İsrailin suverenliyi altında əbədi olaraq birləşəcək. Biz burada olmasaq, bütün Yaxın Şərqdə ölüm və dağıntı gətirən fanatiklər olacaq. Buna imkan verməyəcəyik. Uca Tanrının köməyi ilə İsrail Qüdsü gələcək nəsillər üçün birlikdə saxlayacaq”, - o bildirib.
Qeyd edək ki, Qüdsün statusu Fələstin-İsrail münaqişəsində əsas məsələlərdən biridir. İsraillilər 1967-ci il müharibəsi zamanı şəhərin şərq hissəsini işğal ediblər və Qüdsün İsrailin vahid və bölünməz paytaxtı olduğunu təkid edirlər.
Türkan İSGƏNDƏRLİ