Orban və Ərdoğan Ankarada GÖRÜŞƏCƏK
Macarıstanın Baş naziri Viktor Orban Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynadakı münaqişənin həlli yollarını müzakirə edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havasi deyib.
Onun sözlərinə görə, görüş cümə axşamı Ankarada baş tutacaq.
"Prezident Ərdoğan və Viktor Orban cari beynəlxalq problemləri, Ukrayna və Yaxın Şərqdəki münaqişələri, sülh perspektivlərini, həmçinin Macarıstan-Türkiyə münasibətlərindəki bir sıra məsələləri müzakirə edəcəklər", - sözçü bildirib.
O xatırladıb ki, 2023-cü ildə Macarıstan və Türkiyə ikitərəfli münasibətləri prioritet strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb və o vaxtdan onlar arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir.
Türkan İSGƏNDƏRLİ