Avropa XİN başçıları Berlində Suriyadakı vəziyyəti müzakirə EDƏCƏKLƏR
Avropanın bir sıra ölkələrinin xarici işlər nazirləri sabah Berlində keçiriləcək görüşdə Suriyadakı vəziyyəti və Ukraynada baş verən hadisələri müzakirə edəcəklər.
Redaktor.az xəbər verir ki, bunu Berlində keçirilən brifinqdə Almaniya XİN-in nümayəndəsi bildirib.
"Son bir neçə gün ərzində Suriyada baş verən dramatik hadisələri nəzərə alaraq, ikinci vacib mövzunun olması, yəni Suriyada cari hadisələr və onların regiona və Avropaya təsiri sizi təəccübləndirməyəcək", - Almaniya XİN nümayəndəsi bildirib.
Onun sözlərinə görə, görüşdə daha bir mövzunun Ukraynadakı vəziyyətlə bağlı olacağı gözlənilir.
Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok dekabrın 12-də Berlində danışıqların aparılması üçün Fransa, Polşa, İtaliya, Böyük Britaniya, eləcə də Ukraynadan olan həmkarlarını və Aİ nümayəndəsini qəbul etməyi planlaşdırır.