İsrailə məxsus hərbi nəqliyyat vasitəsi PARTLADILDI
HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzzə Zolağının şimalındakı Cəbaliyyə Qaçqın Düşərgəsində İsrail ordusuna məxsus hərbi nəqliyyat vasitəsinin partladıldığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, Briqadanın bəyanatında, hadisə ilə bağlı məlumat verilib.
Bəyanatda bildirilir ki, İsrail ordusuna məxsus hərbi nəqliyyat vasitəsi Xüləfa bölgəsində Qəssam tərəfindən istehsal olunan "Şəvvaz" adlı partlayıcı ilə məhv edilib.
Partlayış nəticəsində nəqliyyat vasitəsində olan şəxslər arasında ölən və yaralananların olduğu qeyd olunub.
Seymur BƏNNAYEV