MDB ölkələrinin Baş nazirləri 18 sənəd İMZALADILAR
MDB Hökumət Başçıları Şurasının iclasının yekunları üzrə Müstəqil Dövlətlər Birliyi ölkələrinin Baş nazirləri 18 sənəd imzalayıblar.
Redaktor.az xəbər verir ki, sənədlər nəqliyyat, mədəniyyət və elm sahələrində əməkdaşlığa dair məsələlərə aiddir.
Hökumət başçıları həmçinin 2025-2026-cı illər üçün MDB ölkələrinin humanitar əməkdaşlığı sahəsində prioritet fəaliyyət planını təsdiq ediblər.
Eyni zamanda, Baş nazirlər 2025-ci ildə MDB-yə üzv dövlətlərin vahid hava hücumundan müdafiə sistemi üçün vəsaitin ayrılması, eləcə də hava hücumundan müdafiə məsələləri üzrə ayrıca Koordinasiya Komitəsinin işinin təmin edilməsi barədə razılığa gəliblər.
Türkan İSGƏNDƏRLİ