Ukraynanın NATO-ya üzvlüyü qəbuledilməzdir - Ryabkov

 14:48 12.12.2024     132

Rusiya Ukraynanın NATO-ya daxil olmasını qətiyyən qəbuledilməz hesab edir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Ukraynanın NATO-ya üzvlüyü bizim üçün qətiyyən qəbuledilməzdir. Düşmən blokun öz sərhədlərinə yaxınlaşmağa davam etməsinə imkan verə bilməz. Ukraynanın NATO-da iştirakı xüsusi hərbi əməliyyatın başlanmasının əsas səbəblərindən biri olub. O bu fikirdən daşınmalıdır”, - deyə nazir müavini qeyd edib. 

Türkan İSGƏNDƏRLİ