Aİ Bolqarıstan və Rumıniya ilə sərhəd nəzarətinin ləğvini təsdiqlədi

 16:03 12.12.2024     150

Avropa İttifaqı (Aİ) Şurası 2025-ci il yanvarın 1-dən Şengenin Bolqarıstan və Rumıniya ilə daxili quru sərhədlərində nəzarətin götürülməsini nəhayət təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Şuranın "X" sosial şəbəkəsində yaydığı məlumatda deyilir.

Mart ayında dəniz və hava sərhədlərində pasport nəzarətinin götürülməsi ilə ölkələr qismən Şengen zonasına daxil olub. Qeyd olunub ki, Bolqarıstan və Rumıniya Şengenin tamhüquqlu iştirakçısı olmaq üçün müəyyən şərtləri yerinə yetirməlidir. Bunlardan ən mühümlərindən biri qeyri-qanuni immiqrantlarla mübarizə tədbirlərinin tətbiqidir. Xüsusilə, Aİ-yə öz sərhədlərindən daxil olan mühacirlərə nəzarət etməli olacaqlar və onların başqa ölkələrə keçməsinə icazə verməyəcəklər.

Xatırladaq ki, dekabrın 9-da Avstriya hakimiyyəti Rumıniya və Bolqarıstanın Şengen zonasına qoşulmasına veto qoyub. Vyana qeyri-qanuni immiqrasiya ilə bağlı narahatlıqlara görə 2022-ci ildən Rumıniya və Bolqarıstanın Şengenə tam girişinə qadağa qoyub.

Sevinc İBRAHİMZADƏ