“Time” jurnalı Trampı “İlin adamı” elan ETDİ
Amerikanın "Time" jurnalı ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı ilin adamı seçib. Bu ənənə 1927-ci ildən bəri davam edir. Jurnalın redaktorları bu adı son 12 ayda dünyaya ən çox təsir edən şəxsə verirlər. Bu təsir müsbət olmaya da bilər.
Redaktor.az xəbər verir ki, ilin adamı adına ümumilikdə 10 nəfərin namizədliyi irəli sürülüb.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp;
ABŞ vitse-prezidenti Kamala Harris;
ABŞ-nin yeni prezident administrasiyasında vəzifə qazanan milyarder iş adamı, "SpaceX" və "Tesla"nın qurucusu İlon Mask;
Bu il xərçəng diaqnozu qoyulan və kimyaterapiyadan keçən Uels şahzadəsi Kate Middleton;
Aleksey Navalnının dul arvadı Yuliya Navalnaya;
İsrailin baş naziri Benyamin Netanyahu;
Federal Ehtiyat Sisteminin sədri Jerome Hayden
Amerikalı komediyaçı və podkast aparıcısı Co Roqan;
Meksika tarixində ilk qadın prezident Klaudiya Şeynbaum;
Meta şirkətinin prezidenti Mark Zukerberq.
Belə ki, 78 yaşlı Tramp bu mükafata ikinci dəfə layiq görülüb.
Bunlardan Zukerberq (2010), Tramp (2016), Harris (2020; Bayden ilə birlikdə) və Mask (2021) daha əvvəl "İlin Adamı" seçilib. 2022-ci ildə bu ada Ukrayna prezidenti Vladimir Zelenskiy layiq görülüb. "Time" jurnalı amerikalı müğənni Teylor Svifti 2023-cü ildə ilin adamı seçib.
Qeyd edək ki, "Time" 1923-cü ildən nəşr olunan Amerika jurnalıdır. Yayımın bütün platformalar üzrə ümumi auditoriyası 2023-cü ilin mart ayına kimi 100 milyon nəfəri keçib.
Sevinc İBRAHİMZADƏ