Xalqa qarşı cinayət törədənlər cəzalandırılacaq

 17:19 12.12.2024     169

Suriyada hakimiyyəti ələ keçirmiş müxalifət, yeni hökumət qurulduqdan sonra xalqa qarşı cinayətlərdə əli olan hər kəsi məsuliyyətə cəlb etmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə yeni hakimiyyətin nümayəndəsi Ubeida Arnaut bildirib.

"Bizim prioritetimiz dövlət institutlarını qorumaq saxlamaqdır. Suriya xalqına qarşı cinayət törədənlərin hamısı qanuna uyğun olaraq məhkəmə qarşısına çıxarılacaq", - o deyib.

Arnaut həmçinin əlavə edib ki, yeni hakimiyyət Suriyadakı dini və mədəni müxtəlifliyə hörmət edir və bu, olduğu kimi qalacaq.

Xatırladaq ki, Suriyada müxalifətlər Dəməşqə hücum edərək, 60 illik Bəşər Əsəd rejimini devirə biliblər.

Türkan İSGƏNDƏRLİ