Putin Orbanın Ukrayna ilə barışıq təklifini nəzərdən keçirib
Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynada qarşılıqlı atəşkəs və əsirlərin mübadiləsi ilə bağlı təklifləri nəzərdən keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin ofisinin rəhbəri Qergeli Qulyas deyib.
"Putin Orbanla telefon danışığı zamanı atəşkəs üçün bu təklifi qəbul etmədi, lakin rədd etmədi. Məqsədimiz Rusiya tərəfi ilə təmaslar çərçivəsində Yeni ilin silahlı aksiyalarla kölgədə qalmamasını təmin etmək idi”, - Qulyas vurğulayıb.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Ukraynada sülhün bərqərar olması ilə bağlı məsləhətləşmələrin davam etdiriləcəyini gözləyir və Orbanın münaqişənin həlli üzrə səylərini dəstəkləyir.
Türkan İSGƏNDƏRLİ