Dərsdə 12 yaşlı şagirdin ürəyi DAYANDI

 17:40 12.12.2024     279

Ukraynanın Lvov vilayətində 12 yaşlı şagirdin dərsdə ürəyi dayanıb.

Redaktor.az yerli KİV-ə istinadla bildirir ki, Zoloçiv rayonunun kəndlərindən birindəki məktəbdən uşağın vəziyyətinin pisləşməsi və qıcolması ilə bağlı həkimlərə zəng gəlib.

Məlum olub ki, uşağın ürəyi dayanıb. Təcili tibbi yardım həkimləri uşağa adrenalin vurublar. Reanimasiyanın 6-cı dəqiqəsində onun ürək döyüntüləri bərpa olunub. Nəbz və nəfəs olsa da, uşaq huşsuz olub.

Həkimlər onu Zoloçiv mərkəzi rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər. Xəstəxanada uşaq artıq öz-özünə nəfəs alsa belə, hələ də komada idi.

Komada keçən bir gündən sonra oğlan özünə gəlib. Hazırda oğlan ümumi terapiya şöbəsinə köçürülüb.