ABŞ Ukraynanı dəstəksiz qoymayacaq - Tramp
ABŞ Ukraynanı dəstəksiz qoymayacaq, bu, sülh nizamlanmasına nail olmaq üçün zəruridir.
Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində bəyan edib.
"Razılaşmaya nail olmağın yeganə yolu Ukraynanı dəstəksiz buraxmamaqdan keçir", - o bildirib.
Tramp əlavə edib ki, baş verənlərlə razı deyil.
"Bu hal (Ukraynadakı müharibə-red.) ümumiyyətlə baş verməməli idi", - o deyib.