Qəzzada humanitar yardım edərkən ölənlərin sayı ARTDI

 23:27 12.12.2024     150

Qəzza hökuməti İsrail ordusunun Qəzza Zolağının cənubundakı Rəfah şəhərinin qərbində humanitar yardım fəaliyyəti həyata keçirən 13 fələstinlini qətlə yetirdiyini açıqlayıb. Bununla da yardım fəaliyyətləri zamanı ölənlərin sayı 722-yə çatıb.

Redaktor.az xəbər verir ki, Hökumətin Media Ofisinin yaydığı yazılı açıqlamada, İsrail ordusunun Qəzza xalqının ərzaq və əsas ehtiyaclarının yalnız 5%-ni təmin edən yardımları çatdıran personalı hədəf aldığı bildirilib.

Hadisənin "planlı qətliam" olduğu qeyd edilərək, İsrailin soyqırımı davam etdirdiyi vurğulanıb.

Bəyanatda həmçinin bildirilib ki, yardım çatdıran personal (polis və digər yardım işçiləri daxil olmaqla) arasında ölənlərin ümumi sayı 722 nəfərə çatıb. İsrailin Qəzzədə həyata keçirdiyi hücumlar çərçivəsində yardım personalına qarşı 144 hücum qeydə alınıb.

Seymur BƏNNAYEV