Ukraynadakı münaqişədə ölənlərin sayı AÇIQLANDI

 09:13 13.12.2024     167

“Ukraynadakı münaqişə zamanı ən azı 1 milyon insan ölüb və ya yaralanıb”.

Redaktor.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən konfransda çıxışı zamanı NATO-nun baş katibi Mark Rutte bildirib.

“Hər gün bu münaqişə daha çox dağıntı və ölüm gətirir. Ukraynada hər həftə hər tərəfdən 10 mindən çox insan ölür və ya yaralanır. 2022-ci ilin fevralından bəri 1 milyondan çox qurban var ”, - deyə o qeyd edib.

O, həmçinin bildirib ki, alyansın fəaliyyət göstərmədiyi bir çox hallar olub.