Türkiyədə məhkəmədə silahlı insident - Ölənlər və yaralılar var

 13:25 13.12.2024     151

Türkiyənin Bursa şəhərində məhkəmə prosesi zamanı silahlı insident baş verib.

Redaktor.az “NTV”yə istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb. 

Bildirilib ki, bu gün səhər saatlarında ata və oğlu qəsdən adam öldürməyə təşəbbüs maddəsi üzrə mühakimə edilib.

Bu zaman şikayətçilərdən birinin atası polisin silahını götürərək təqsirləndirilən şəxslərə atəş açıb.

Həlak olanların məhz onlar olduğu güman edilir.