Ukrayna Müdafiə Nazirliyi PUA üçün əlavə vəsait ayırıb
Ukrayna Müdafiə Nazirliyi ölkə ordusunun briqadalarına pilotsuz uçuş aparatlarının (PUA) alınması və əsas ehtiyacların ödənilməsi üçün 1,1 milyard qriven (26 milyon 300 min dollar) ayırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
"Bu vəsait birbaşa briqadalara yönəldiləcək ki, onlar bütün zəruri ehtiyacları ödəyə bilsinlər. Bu maliyyə Volodimir Zelenskinin birbaşa uçotun artırılması əmri ilə üst-üstə düşür".
Baş nazir qeyd edib ki, bu ay Ukrayna Müdafiə Nazirliyi hərbi briqadalara 4,3 milyard qrivna (102 milyon 900 min dollar) ayıracaq. Son on bir ay ərzində onlara 27,2 milyard qrivna (650 milyon 700 min dollar) yardım edib.
Türkan İSGƏNDƏRLİ