Yunanıstan İsraildən silah alışı ilə bağlı danışıqlar aparır - KİV

 21:20 13.12.2024     137

Yunanıstan silahlı qüvvələrinin modernləşdirilməsi çərçivəsində İsraildən 36 ədəd PULS raket artilleriya sistemi almaq üzrə danışıqlar aparır.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi rəsmi şəxslərə istinadən məlumat yayıb.

İsrailin “Elbit” (ESLT.TA) şirkəti tərəfindən hazırlanan PULS sistemi 300 km-ə qədər (190 mil) uçuş məsafəsinə malikdir. Sazişə həmçinin Yunanıstanda sistemin komponentlərinin istehsalı da daxildir.

Qeyd olunur ki, 600-700 milyon avro (630-735 milyon ABŞ dolları) dəyərində sövdələşmənin müzakirəsi iki ölkə arasında İsrailin Yunanıstana 2 milyard avroluq hava və raketdən müdafiə sistemi satışına dair danışıqlar fonunda gedir.

Rəsmilərin sözlərinə görə, Yunanıstan hökuməti sazişi 2025-ci ilin birinci rübündə müvafiq parlament komitəsinin təsdiqinə təqdim edəcək.

Rəsmilərdən biri əlavə edib ki, dekabrın 13-də Yunanıstanın xarici işlər və müdafiə məsələləri üzrə ali qərarverici orqanı olan KYSEA artıq “AeroVironment” (AVAV.O) şirkəti tərəfindən istehsal olunan Amerikanın “Switchblade” dronlarının alışını təsdiqləyib.