Trampın komandası Kiyev və Ağ Evlə atəşkəs barədə danışıqlar APARDI
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası Ukraynadakı münaqişəyə son qoymaq üçün Ukrayna rəsmiləri və ABŞ-nin hazırkı administrasiyası ilə danışıqlar aparıb.
Redaktor.az xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.
"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik komandası münaqişəyə son qoymağın yollarını tapmaq üçün birgə səylər çərçivəsində Ağ Ev və Ukrayna rəsmiləri ilə danışıqlar aparıb”, - məlumatda deyilir.