Norveç Ukraynaya 242 milyon dollar hərbi yardım AYIRACAQ

 13:53 16.12.2024     315

Norveç Ukraynanın Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsinə 242 milyon ABŞ dolları vəsait ayıracaq.

Redaktor.az-ın “Reuters“ə istinadən məlumatına görə, bu barədə ölkənin Baş naziri Yonas Qar Störe açıqlama verib.

O qeyd edib ki, həmin vəsaitin böyük hissəsi ölkənin Qara dənizdəki hərbi donanmasının maddi-texniki təminatına, idxal-ixrac əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsinə, eləcə də sözügedən akvatoriyadan yönələn təhlükənin qarşısını almağa sərf olunacaq.

Eyni zamanda rəsmi Oslo Ukraynaya minatəmizləmə əməliyyatları, habelə ordunun şəxsi heyətinin hərbi hazırlığında da dəstək olacaq.

Vumart və Güvən reklamı Vumart Güvən