Rusiyaya görə digər ölkələr sanskiyaya məruz QALIR

 16:05 16.12.2024     95

Rusiya mütəmadi olaraq yeni məhdudiyyətlərin tətbiqinə öyrəşib və yeni reallıqlara tez uyğunlaşmağa çalışır.

Redaktor.az xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Svetlana Yurova bildirib.

“Mənə elə gəlir ki, biz artıq buna öyrəşmişi və yeni reallıqlara uyğunlaşmağa çalışırıq. Burada başqa bir sual ondan ibarətdir ki, bizimlə bağlı digər ölkələr sanksiyalara məruz qalır. Koreyaya gəlincə, düşünürəm ki, onların özləri də sanksiyalar altındadırlar, yəqin ki, onlar üçün bu o qədər də kritik deyil. Ümid edirəm ki, Çin də bunu adekvat şəkildə dərk edəcək, çünki Amerika üçün nə olursa olsun, biz strateji düşmənik”, - deyə deputat qeyd edib.

Qeyd edək ki, dekabrın 16-da Qərb daha bir sıra məhdudlaşdırıcı tədbirləri görüb. Siyahıya 54 nəfər və 30 təşkilat daxildir.

Türkan İSGƏNDƏRLİ