Aİ Belarusa da sanksiya tətbiq etdi

 17:10 16.12.2024     74

Avropa İttifaqı (Aİ) Belarusa qarşı sanksiyaları genişləndirib..

Redaktor.az xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında qeyd olunub.

Məhdudiyyətlərə 26 fiziki və iki hüquqi şəxs daxildir. Sanksiyaların tətbiqi respublikadakı vəziyyətlə izah olunur. Qeyd edilir ki, ümumilikdə Aİ-nin Minskə qarşı məhdudlaşdırıcı tədbirləri 287 fiziki və 39 hüquqi şəxsə şamil olunur.

Bu gün Aİ Rusiya Federasiyası, Çin və Şimali Koreyadan olan 54 fiziki və 30 hüquqi şəxs, həmçinin Brüsselin Rusiyanın “kölgə donanması” adlandırdığı 52 gəmi də daxil olmaqla 15-ci sanksiyalar paketini qəbul edib.

Türkan İSGƏNDƏRLİ