Almaniyada növbədənkənar seçkilər KEÇİRİLƏCƏK

Almaniya Bundestaqı növbədənkənar iclasda kansler Olaf Şoltsa etimad göstərməkdən imtina edib.
Redaktor.az xəbər verir ki, bu bərədə “Asocciated Press” məlumat yayıb.
İclasda 733 deputatdan 207-si Şoltsun lehinə, 116-sı bitərəf, 394 parlamentari isə onun əleyhinə səs verib.
Bundestaqın sədri bildirib ki, nəticələr barədə ölkə Prezidenti Frank-Valter Ştaynmayerə məlumat veriləcək.
Qeyd edək ki, Almaniyada növbədənkənar parlament seçkilərinin keçirilməsi gələn ilin fevralın sonuna planlaşdırılır.