"PKK/YPG-nin Suriyada möhkəmlənməsi xülyadır" - Dövlət Bağçalı

 20:37 16.12.2024     86

"Zülm və təhqirlərlə birləşən Əsəd rejiminin qaranlıq dövrü bağlanıb, BƏƏS rejimi geniş bir ittifaqla aradan qaldırılıb".

Redaktor.az xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Suriyadakı proseslərlə bağlı açıqlama verərkən deyib.

Baxçalı, Türkiyənin 13 illik Suriya böhranında hər zaman doğru mövqedə olduğunu vurğulayıb.

"Türkiyə qonşuluq hüququnun əxlaq və prinsiplərini qətiyyətlə müdafiə edib," – deyə o bildirib.

Baxçalı, İsrailin Suriya torpaqlarındakı genişlənmə siyasətini isə "qəbuledilməz işğal cəhdi" adlandırıb:

"İsrailin Suriya torpaqlarında haqq iddia etməsi alçaq bir fürsətçilikdir. İsrailin səbri və sükunəti pozan müdaxilələrinə qarşı müqavimət cəbhəsi qurulmalıdır. Suriya suriyalılarındır. Türkiyədə müvəqqəti qoruma statusu ilə yaşayan qardaşlarımızın geri qayıtması artıq başlanıb. Bu ölkənin siyasi və ərazi bütövlüyü müzakirəyə açıq deyil və Türkiyə üçün qırmızı xətdir".

Seymur BƏNNAYEV