ABŞ-də məktəbdə atışma OLDU

ABŞ-nin Viskonsin ştatının paytaxtı Medisondakı “Abundant Life” məktəbində atışma olub.
Redaktor.az-ın məlumatına görə, bu barədə “ABC News” yerli polisə istinadən xəbər verib.
Polis hadisə zamanı 4 nəfərin öldüyünü, daha 5 nəfərin xəsarət aldığını bildirib. Qeyd edilir ki, cinayətkar zərərsizləşdirilib. Onun şəxsiyyəti açıqlanmır.
Məktəbdə təxminən 390 şagird təhsil alır.
Xatırladaq ki, ötən il ABŞ-də məktəblərə 349, bu il isə 322 silahlı hücum olub.