ABŞ Gürcüstana əlavə sanksiyalar tətbiq edəcək

 09:16 17.12.2024     81

ABŞ yaxın həftələrdə Gürcüstana əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

O xatırladıb ki, ötən həftə ABŞ administrasiyası Gürcüstanda yüksək rütbəli məmurlar və qanunvericilər də daxil olmaqla 20-yə yaxın şəxsə viza məhdudiyyəti tətbiq edib. "Yaxın həftələrdə görməyə hazır olduğumuz başqa tədbirlər də davam edəcək", - Miller bildirib.

Xatırlaqaq ki, noyabrın 30-da Dövlət Departamenti ABŞ-nin Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını bəyan edib. Bu, noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəliyə daxil etməmək qərarından sonra baş verib.