Əsəd rejimi külli miqdarda narkotik istehsal edirmiş

 10:05 17.12.2024     121

Suriyada prezident Bəşər Əsəd rejiminin devrilməsi Yaxın Şərqin ən gəlirli narkotik şəbəkəsinin dağılmasına səbəb olub. 

Redaktor.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Suriyada istehsal olunan metamfetaminə bənzər dərman olan "kaptaqon" Əsəd rejiminə böyük sərvət toplamağa və ölkəsinə qarşı tətbiq edilən sanksiyaların nəticələrini aradan qaldırmağa kömək edib. Amma bu, həm də Suriya ilə qonşuları arasında beynəlxalq gərginlik mənbəyinə çevrilib.

Dəməşq rəsmilərinin təkzib etmələrinə baxmayaraq, bütün Suriya Ərəb Respublikasında kiçik laboratoriyalarda narkotik istehsalı çoxdan məlumdur, lakin müxalifətin bu yaxınlarda aşkar etdiyi obyektlərin ölçüsü ticarətin təəccüblü böyüklüyünü göstərir. 

Vaşinqtonda yerləşən "New Lines Institute" (NLI) beyin mərkəzi kaptaqon biznesini təxminən 10 milyard dollar qiymətləndirir. Bu, Avropadakı kokain bazarı ilə demək olar ki, eynidir.

Sevinc İBRAHİMZADƏ