İsrail və HƏMAS atəşkəsə yaxındır

 17:35 17.12.2024     199

İsrail hakimiyyəti və radikal Fələstinin HƏMAS hərəkatı danışıqlarda irəliləyişə nail olub və Qəzza zolağında atəşkəslə bağlı razılaşmaya yaxındır.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" İsrail rəsmilərinə istinadla məlumat yayıb.

Məlumata görə, Qəzzada atəşkəs ötən ilin istənilən vaxtında olduğundan daha real perspektivdir. Rəsmilər razılaşmada İsraildən bir işçi qrupunun vasitəçilərlə əlaqələri bərpa etmək üçün bu həftə Qətərin paytaxtı Dohada olduğunu vurğulayıblar.

"Üzərində işlənən atəşkəs planının birinci mərhələsində “humanitar” kimi müəyyən edilən girovlar – qadınlar, xəstələr və 51 yaşdan yuxarı olanlar – İsraildə saxlanılan fələstinli məhbuslar müqabilində azad ediləcək. Sonra altı-yeddi həftəlik atəşkəs olacaq və bu müddət ərzində İsrail qoşunları Qəzzanın bəzi hissələrindən çəkiləcək və daimi atəşkəsə dair danışıqlar başlayacaq. Həmin müddət ərzində hər gün yüzlərlə yardım maşını Fələstin ərazisinə daxil olacaq. 

Razılaşmanın ikinci mərhələsi daha çox fələstinli məhbus müqabilində qalan girovları - əsasən hərbi yaşlı kişiləri geri qaytaracaq.

Üçüncü mərhələdə Qəzzanın yenidən qurulması üzrə işlərə başlanılacaq", - deyə bildirilir.

Türkan İSGƏNDƏRLİ