Salyanda 19 yaşlı qadın dəm qazından boğularaq öldü
![](https://img.redaktor.az/news/2024/12/photo_264061.jpg)
Salyan sakini dəm qazından boğularaq ölüb.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Bəşirova Aynur Müşfiq qızı hamamda olarkən dəm qazından boğulub.
O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.