Zelenski NATO-nu verdiyi vədi yerinə yetirməyə ÇAĞIRDI

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nu verdiyi vədi yerinə yetirməyə çağırıb.
Redaktor.az xəbər verir ki, o, bu barədə Birgə Ekspedisiya Qüvvələrinə üvz ölkələrin sammitində videomüraciət zamanı deyib.
V.Zelenski ölkəsinin tərəfdaşlarını NATO-ya dəvət əvəzinə vəd edilən hava hücumundan müdafiə sistemlərini verməyə çağırıb.
Onun sözlərinə görə, Ukraynaya artıq ona verilən sistemlərdən əlavə, 12-15 hava hücumundan müdafiə sistemi lazımdır: “Bu, real məqsəddir. Buna nail olmaq üçün yalnız Qərbin siyasi iradəsi lazımdır”.