Ərdoğan Avstriyanın Baş naziri ilə telefon danışığı APARDI

 22:18 17.12.2024     74

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya Baş naziri Karl Nehammer ilə telefon danışığı keçirib.

Redaktor.az xəbər verir ki, görüş zamanı Türkiyə və Avstriya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Suriya xalqının ölkənin gələcəyi barədə qərar verəcəyi bir dövrə girildiyini vurğulayıb. O, həmçinin Suriyanın ərazi bütövlüyünün qorunmasının vacibliyini və PKK, DEAŞ kimi bütün terror təşkilatlarının bölgədən təmizlənməsinin əhəmiyyətini qeyd edib.

Seymur BƏNNAYEV