Serbiya Prezidenti istefa verəcək
Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın üç ay ərzində istefa verə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “İnformer” məlumat yayıb.
Nəşrin məlumatına görə, Serbiya lideri bağlı qapılar arxasında hökuməti sərt tənqid edib, koalisiyadakı tərəfdaşları haqqında dəhşətlə danışıb və hər şeydən bezdiyini bildirib.
Qeyd edək ki, Vuçiç son dövrlərdə ölkəsində siyasi etirazlarla bağlı diqqət mərkəzindədir
Türkan İSGƏNDƏRLİ