Ərdoğan Makronla telefonla DANIŞDI
Türtkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumatda bildirilib ki, iki lider arasındakı görüşün əsas gündəmi Suriya olub.
Telefon danışığı zamanı həmçinin Türkiyə ilə Fransa arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.