Tacikistan lideri yenidən hakim partiyanın rəhbəri oldu

 16:51 18.12.2024     99

Tacikistan Xalq Demokratik Partiyasının (XDP) 15-ci qurultayında prezident Emoməli Rəhmon yenidən respublikanın hakim partiyasının rəhbəri seçilib. 

Redaktor.az xəbər verir ki, bu barədə Tacikistan liderinin saytında dərc olunmuş məlumatda deyilir.

Bəyanatda bildirilir ki, Malikşo Nematzoda birinci müavin, Abdullozoda Umeda Bekmurod və Kərimzoda Mirzokosim partiya sədrinin müavinləri seçiliblər.

Bundan əlavə, qurultayda Tacikistan parlamentinin aşağı palatasına ölkə üzrə vahid seçki dairəsi üzrə parlament seçkilərində iştirak etmək üçün partiya üzvlərindən 28 namizəd irəli sürülüb.

Həmçinin Tacikistan Xalq Demokratik Partiyasının seçki proqramı təsdiq edilib.

Sevinc İBRAHİMZADƏ