Orban Zelenskini atəşkəs təklifinə cavab verməyə çağırdı

 17:56 18.12.2024     66

Macarıstanın Baş naziri Viktor Orban Volodimir Zelenskini Milad atəşi və atəşkəs təklifinə birmənalı cavab verməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə siyasətçi "X"da yazıb.

“Biz heç bir təxribata cavab verməyəcəyik. Atəşkəs təklifi masadadır. Bunu qəbul edin və ya rədd edin”, - Orban bildirib.

Bundan əvvəl Zelenski Macarıstanın Baş nazirinin sülhməramlı fəaliyyəti barədə kobud danışıb və Orbanı Rusiya ilə potensial danışıqlara buraxmaqdan imtina edib. Onun sözlərinə görə, Orbanın Moskva üzərində təsir rıçaqları yoxdur.

Türkan İSGƏNDƏRLİ