Bitkoin UCUZLAŞDI

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 104 min ABŞ dollarından aşağı düşüb.
Redaktor.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 2,9 % ucuzlaşaraq 103,581 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 2 trilyon 53 milyard ABŞ dolları həddinə enib.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 2,34 % azalaraq 3,856 min ABŞ dolları olub.
İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən isə “XRP”dir (7,02 % azalıb).
Kriptovalyuta bazarının toplam dəyəri son sutkada 3,21 % azalaraq 3,62 trilyon ABŞ dollarına düşüb.