"Suriyanın sabitliyi regionun sabitliyidir" - Türkiyə Prezidenti

 21:51 18.12.2024     73

"Suriyanın sabitliyi, regionun sabitliyi deməkdir. Son 13 ildə bütün region bu çətinlikləri yaşayıb. Türkiyə bu dövrdə, münaqişənin başlanğıcından etibarən olduğu kimi, Suriyalı qardaşlarımıza dəstəyini davam etdirəcək".

Redaktor.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, bu fikirləri Lübnanın Baş naziri Nəcib Miqati ilə birgə keçirdiyi mətbuat konfransında qeyd edib.

Prezident Ərdoğan, Lübnanda 1 milyondan çox insanın evlərini tərk etdiyini bildirərək, İsrailin Lübnana qarşı ilk hücumunun olmadığını və əvvəlki dövrlərdə də oxşar təcavüzlərə məruz qaldığını qeyd edib:

"Lübnanın təhlükəsizliyi regionun ümumi təhlükəsizliyindən ayrılaraq qiymətləndirilə bilməz. Türkiyə, İsrailin hücumlarına qarşı Lübnanın yanında durub və humanitar yardımlarını davam etdirib".

Seymur BƏNNAYEV