Mayottada “Şido” qasırğası nəticəsində ölənlərin sayı 30 nəfəri ÖTDÜ
Mayottada “Şido” qasırğası nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin fəsadları ilə bağlı ilkin rəsmi məlumatlara əsasən 31 nəfər həlak olub.
Əvvəllər bildirilirdi ki, Mayottada “Şido” qasırğasından zərər çəkənlərin sayı 1 700 nəfərə, ölənlərin sayı isə 20 nəfərə çatıb.
Qasırğa Mayottanı dekabrın 14-də vurub, küləyin sürəti saniyədə 55 metri ötüb. Hazırda qasırğa səngiyib. Adadakı vəziyyəti “fəlakətli” kimi qiymətləndirir.