Qatarlar toqquşdu, 31 nəfər xəsarət aldı
![](https://img.redaktor.az/news/2024/12/photo_264215.jpg?v=MDQ6NTUyMDI0LTEyLTE5IDA4OjUyOjMy)
Rusiyanın Murmansk vilayətində yük qatarı ilə sərnişin qatarının toqquşması nəticəsində həyatını itirənlərin sayı 31-ə yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.
Məlumata görə, dekabrın 18-də Murmansk-Sankt-Peterburq istiqamətində hərəkət edən 11 nömrəli qatarda baş vermiş insident nəticəsində 5-i uşaq olmaqla, 31 nəfər xəsarət alıb.
Rusiya Dəmir Yolları həlak olanların ailələrinə 2,2 milyon rubl ödəyəcək.
Sevinc İBRAHİMZADƏ