Ərdoğan Misirə getdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Misirin paytaxtı Qahirədə keçiriləcək səkkiz inkişaf etməkdə olan ölkə təşkilatının (D-8) 11-ci Liderlər Zirvə toplantısında iştirak edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Sammitin əsas gündəm bəndləri İsrailin Suriyadakı hücumları və hadisələr olacaq. Görüşdə Ərdoğanın İsrailin Fələstindəki soyqırımını və müharibəni regional münaqişəyə çevirməyə yönəlmiş hərəkətlərini dərhal dayandırmağa çağıracağı və iki dövlətli həll formulunun əhəmiyyətinə toxunacağı gözlənilir. Ərdoğan sammit çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.
Sevinc İBRAHİMZADƏ