Qonşular cadugər qadını DÖYDÜLƏR

Rusiyanın Tümen vilayətində qonşular arasında münaqişə baş verib. Bu zaman qadınlardan biri digərini cadugərlikdə ittiham edib və onu yerə yıxaraq təpikləyib.
Redaktor.az yerli KİV-ə istinadla bildirir ki, cadugər olduğu deyilən qadın onu döyəni əvvəlcə polisə, sonra isə məhkəməyə verib.
Məhkəmə “cadugəri” zərərçəkmiş kimi tanıyıb və onu döyən qonşunu Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 6.1.1-ci maddəsi ilə (fiziki ağrıya səbəb olan, lakin cinayət məsuliyyətinə səbəb olmayan döymə) ittiham edib və ona hökm verib. Təqsirli şəxs dövlətə 5000 rubl cərimə ödəyəcək.