"Oreşnik" istehsalı ilə bağlı son qərarı Putin özü verib
"Oreşnik"in istehsalına başlanılması və həcmi ilə bağlı yekun qərarı Rusiya Prezidenti Vladimir Putin özü verib.
Redaktor.az xəbər verir ki, o, bu barədə “Birbaşa xətt”də bildirib.
"Alimlər, konstruktorlar, mühəndislər daha nə edəcəklərini düşündülər, mövqelərini Müdafiə Nazirliyi ilə, sifarişçi ilə razılaşdırdılar. Sonda bu, mənə gəldi. Onun istehsal olunub-olunmaması ilə bağlı yekun qərarda mən də iştirak etmişəm", - Putin deyib.
Dövlət başçısı əlavə edib ki, Rusiyanın “Oreşnik” raketi o qədər mürəkkəb silahdır ki, hətta ən müasir Qərb hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə belə onun qarşısını almaq mümkün deyil.
Turan İSMAYIL