Putindən generalın partladılmasına REAKSİYA

 15:28 19.12.2024     117

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji mühafizə qoşunlarının rəisi, general-leytenant İqor Kirillovun partladılaraq öldürülməsinə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə “Birbaşa xətt”də danışıb.

Kirillovun məhvini şərh edən Putin deyib ki, bu, digər ruslar arasında itkilərə səbəb ola biləcək “terror aktı”dır. Dövlət başçısı qeyd edib ki, Ukrayna artıq Rusiya vətəndaşlarına qarşı “belə terror aktları törədib”.

Xatırladaq ki, dekabrın 16-da Ukrayna Təhlükəsizlik Xidməti rəsmi olaraq rusiyalı generalın Ukrayna Silahlı Qüvvələrinə qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə etdiyinə dair şübhələr qaldırıb. Müstəntiqlərin fikrincə, o, müharibə başlayandan bəri CN (xloroasetofenon) və CS (xlorobenzalmalononitril) kimi zəhərli maddələrdən istifadə edərək 4,8 mindən çox kimyəvi hücuma görə məsuliyyət daşıyırdı.

Dekabrın 17-də onun partlayış nəticəsində məhv olunduğu məlum olub. Generalla yanaşı, onun Rusiya təbliğatında iştirakı ilə tanınan köməkçisi İlya Polikarpov da həlak olub.

"RBC-Ukrayna"nın mənbələri qeyd edib ki, generalın öldürülməsi əməliyyatını Ukrayna Təhlükəsizlik Xidməti təşkil edib.

Turan İSMAYIL