Telefonla oynadığına görə uşağı boğulan ana həbs edildi

 17:48 19.12.2024     63

İngiltərədə yeddi aylıq oğlu vannada boğularkən telefonu ilə oynayan qadın həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Belə ki, uşaq xüsusi oturacaqdan suya düşüb və ana geri qayıdanda gec olub.

İngilis qadın həkimlərə zəng edərək bir dəqiqəlik dəsmal almaq üçün çölə çıxdığını deyib. Lakin polis araşdırmalara başlayıb və qadının 26 dəqiqə telefonla oynadığını müəyyən edib.

İşə baxan hakim qadının sübutlarını “ağılsız” adlandırıb və onu əslində baş verənlərlə bağlı həqiqəti gizlətməyə çalışmaqda ittiham edib. 
Prokurorluq vurğulayıb ki, hadisəyə səbəb təkcə oturacağın düzgün bərkidilməməsi deyil, həm də uşağın uzun müddət nəzarətdən kənar olmasıdır.

Sevinc İBRAHİMZADƏ