Dünyanın ən təmiz dənizi: Ginnesin Rekordlar Kitabına DÜŞDÜ
1823-cü ildə ingilis naviqatoru və ilk Antarktika tədqiqatçılarından birinin ekspedisiyası tərəfindən kəşf edilən Veddel dənizini planetimizin əsl su möcüzəsi adlandırmaq olar.
Redaktor.az xəbər verir ki, onun sahəsi 2.900.000 kvadrat kilometr, dərinliyi isə 6.820 metrə çatır və onu kəşf edən Ceyms Veddelin şərəfinə adlandırılıb.
Veddel dənizi dünyanın ən böyük dənizlərindən biridir. Hətta dənizin adını Ginnesin Rekordlar Kitabında tapa bilərsiniz.
Burada onu planetin ən təmiz dənizi adlandırırlar, çünki onun suları distillə edilmiş su kimi şəffafdır.