İran və Türkiyə XİN başçıları Suriyadakı son vəziyyəti müzakirə ETDİLƏR

 19:45 19.12.2024     199

İranın xarici işlər naziri Abbas Əraqçi Misirin paytaxtı Qahirədə türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, tərəflər Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində bir araya gəliblər.

Onlar Suriya və Qəzzadakı vəziyyəti müzakirə ediblər.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də danışıblar.