ABŞ doqquz neft tankerini İrana qarşı sanksiyalar siyahısına daxil ETDİ
ABŞ İranla əlaqəyə görə 9 şirkəti və eynisayda neft tankerinə sanksiya tətbiq edib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yazılı açıqlamasında deyilir.
Sözügedən şirkətlər İranın neft və neft-kimya məhsullarının ticarəti ilə məşğul olub.
Maliyyə Nazirliyinin məlumatına görə, bu ticarətdən əldə olunan gəlirlər İranın nüvə proqramına, ballistik raketlərin yayılmasına dəstək verir.