ABŞ hökumətinin bağlanması ciddi problemlərə səbəb olacaq - Pentaqon
![](https://img.redaktor.az/news/2024/12/photo_264429.jpg)
ABŞ Müdafiə Nazirliyi (Pentagon) Konqresin cümə gecəsi yarıyadək müvəqqəti büdcə barədə razılığa gəlməyəcəyi və hökumətin bağlanmasının qarşısını ala bilməyəcəyi halda ciddi çətinliklərlə üzləşəcəyini bəyan edib.
Redaktor.az xəbər verir ki, Pentagonun sözçüsü, general-mayor Patrik Rayder gündəlik mətbuat brifinqində bildirib ki, hökumətin bağlanması “qarşısı alına bilən” bir vəziyyətdir və buna yol verilməməlidir.
Rayder federal hökumət bağlanarsa, həyati xidmətlərdən başqa bütün fəaliyyətlərin dayandırılmalı olacağını qeyd edib. O, bu vəziyyətin Müdafiə Nazirliyi üçün ciddi geriləmələrə səbəb olacağını vurğulayıb.
Seymur BƏNNAYEV